close

Sənətçi “Çılpaq gecə”yə görə Xalq artisti titulundan məhrum edilməyəcək

Filipp Kirkorov. Foto: screenshot

Filipp Kirkorovla bağlı Mədəniyyət Nazirliyi açıqlama yayıb

Müğənni Filipp Kirkorov aktrisa və bloger Anastasiya İvleyevanın “Çılpaq gecə”sində iştirak etdiyinə görə Rusiyanın Xalq artisti titulundan məhrum edilməyəcək.

Bu barədə TASS-a Rusiya Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Sənətçi dövlət təltifindən yalnız ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş qanuni qüvvəyə minmiş məhkəmə hökmündən sonra məhrum edilə bilər”, – məlumatda bildirilir.

Dekabrın 21-də Moskvanın “Mutabor” klubunda aktrisa Anastasiya İvleyevanın təşkil etdiyi “Çılpaq ziyafət”də sənətçilər Filipp Kirkorov, Lolita Milyavskaya, Dima Bilan, “Qlyukoza”, Anna Asti və jurnalist Kseniya Sobçak da iştirak ediblər.

Tədbirdən yayılan foto və video görüntülər narazılıqla qarşılanıb.

Dövlət Dumasının deputatı Mariya Butina partiyə hüquqi qiymət vermək məqsədilə Rusiya Daxili İşlər Nazirliyi, mediaya nəzarət orqanı “Roskomnadzor” və Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb.

Dumanın İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn bildirib ki, “Roskomnadzor”  İvleyevanın “Çılpaq ziyafət”inin internetdə yerləşdirdiyi bir neçə materialda LGBT təbliğatının əlamətlərini görür.

Deputat onu da qeyd edib ki, tənzimləyici artıq belə məzmunu silib bloklamağa başlayıb.

Departament bu məlumatı təsdiqləyib.

Anastasiya İvleyeva, Filipp Kirkorov, Dima Bilan, Lolita ictimaiyyətdən üzr istəyiblər.

Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin ölkənin Mədəniyyət Nazirliyinə müvafiq bəyanat təqdim edib.

Bəyanatında bildirib ki, İvleyevanın məclisində xalq artistlərinin iştirakı fəxri ada xələl gətirir.

Ana səhifəMədəniyyətSənətçi “Çılpaq gecə”yə görə Xalq artisti titulundan məhrum edilməyəcək