close

Sergey Lavrov: “Biz Ermənistan rəhbərliyinin hərəkətlərindən təəssüflənirik”

Portrait of Sergey Lavrov. Source: Meydan TV

Rusiya XİN rəhbəri erməni siyasətçinin fikrini tənqid edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ümid edir ki, Ermənistanın xarici siyasətində Moskva qarşısında müttəfiqlik öhdəlikləri üstünlük təşkil edəcək.

Bu barədə rusiyalı nazir G20 sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.

“Mən həqiqətən ümid edirəm ki, bizim aramızda bütün müttəfiqlik öhdəlikləri mövcuddur və biz qiymətləndiririk ki, onlar hələ də qüvvəyə minəcək və Ermənistanın xarici siyasətində üstünlük təşkil edəcək”,-deyə Lavrov əlavə edib.

Sergey Lavrov Ermənistan rəhbərliyinin ABŞ-la birgə hərbi təlimlər keçirmək niyyətindən təəssüfləndiyini də vurğulayıb:

“Biz Ermənistan rəhbərliyinin hərəkətlərindən təəssüflənirik”.

Nazir erməni siyasətçilərinin Moskvanın Dağlıq Qarabağı Azərbaycana “verməsi” ilə bağlı bəyanatlarını düzgün hesab etməyib:

Orada hansısa fiqur, mənim fikrimcə, parlamentin rəhbəri (Alen Simonyanı nəzərədə tutur-red) deyib ki, Rusiya Qarabağı Azərbaycana verib. Bundan qeyri-düzgün və vicdansız bəyanat təsəvvür etmək çətindir. O, 2020-ci ilin noyabrında Putin, Paşinyan və Əliyevin ilk üçtərəfli sazişləri imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyinə istinad edib. Bu, qətiyyən həqiqətəuyğun deyil”.

“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Praqada 1991-ci il Alma -Ata bəyannaməsini tanıdıqları deyilən bəyanat imzalayıb, bununla da, bütün suallar bağlanıb. Ermənistanın Baş naziri beləlikə, o vaxtkı Dağlıq Qarabağ vilayətinin Azərbaycanın tərkib hissəsi olduğu əks olunan sənədi imzalayıb. Bizi 2020-ci ilin noyabrında Qarabağı verməkdə ittiham etmək lazım deyil, öz xalqının qarşısında müstəqil cavab vermək lazımdır”, – deyə Lavrov çıxışını yekunlaşdırıb.

Sergey Lavrovun söylədiklərinə Ermənistanın rəsmi şəxsləri hələ reaksiya verməyib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətSergey Lavrov: “Biz Ermənistan rəhbərliyinin hərəkətlərindən təəssüflənirik”