close

“Sərhədsiz Reportyorlar” “AbzasMedia” əməkdaşlarının həbsini pisləyir

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

Bu jurnalistlərin təqibinə son qoyulmalıdır”

“Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq jurnalistləri müdafiə təşkilatı Azərbaycanda həbsdə olan jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalının hələ də həbsdə saxlanılmasını pisləyib.

Bu barədə təşkilat “X” (keçmiş “Twitter”) hesabında paylaşım edib.

Təşkilat bildirir ki, Azərbaycandakı məhkəmələr heç bir əsas olmadan ”AbzasMedia” internet nəşrinin jurnalistləri Ülvi Həsənli və Sevinc Vaqifqızını, araşdırmaçı jurnalist Hafiz Babalını həbsdə saxlayır:

“Bu jurnalistlərin təqibinə son qoyulmalıdır. Onlar azad edilməlidir” – deyə, RFS bildirir.

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı 2023-cü ilin sonunda “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Onlar ittihamları rədd edib, peşə fəaliyyətləri ilə bağlı təzyiqə məruz qaldıqlarını bildirirlər.

Yanvarın 10-da məhkəmə bu üç jurnalistin ev dustaqlığına buraxılma ilə bağlı vəsatətini rədd edib. Eyni iş üzrə “AbzasMedia”-nın daha iki əməkdaşı – Nərgiz Absalamova və Məhəmməd Kekalov da həbsdədir.

Ana səhifəSiyasət“Sərhədsiz Reportyorlar” “AbzasMedia” əməkdaşlarının həbsini pisləyir