close

SORĞU: Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti uzadılmalıdırmı?

2 il əvvəl bu gün Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəs bəyanatı imzalandı. Sənədə görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi. 

Sülhməramlıların ərazidə qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən heç biri əks mövqedə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. 

Ermənistanın Baş naziri Nikol Paşinyan bu müddətin uzadılmasının, sülhməramlıların regiondakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələləri tam həll olunanadək qalmasının tərəfdarıdır.

Bakı sakinləri arasında keçirdiyimiz sorğuda onlardan Rusiya sülhməramlılarının regionda qalması ilə bağlı fikirlərini soruşduq.

Ana səhifəVideoSORĞU: Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti uzadılmalıdırmı?