close

Suriyadan 8 uşaq və 4 qadın Azərbaycana gətirilib

Foto: Arxiv

XİN vətəndaşların repatriasiyasını davam etdirəcəyini deyir

Noyabrın 21-də Suriyadakı düşərgələrdə saxlanılan 8-i uşaq və 4-ü qadın olmaqla, 12 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Bildirilir ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.

“Azərbaycan hökuməti xarici ölkələrdə silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsini davam etdirəcək”, – deyə XİN əlavə edib.

Sonuncu dəfə Suriyadan Azərbaycana oktyabrın 31-də 9-u uşaq və 2-si qadın olmaqla 11 Azərbaycan vətəndaşı gətirilib.

Ana səhifəSiyasətSuriyadan 8 uşaq və 4 qadın Azərbaycana gətirilib