close

Tərtərdə mina partlayışı: xəsarət alan var

Mənbə: “Bizim Yol”

Asif Hüseynovun qəlpə yaraları aldığı deyilir

Tərtərin Təpəkənd kəndində mina partlayışı nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə noyabrın 5-də saat 12.00 radələrində kəndin minalardan təmizlənməyən ərazisində baş verib.

Bildirilir ki, mina partlaması nəticəsində rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Asif Novruz oğlu Hüseynov yaralanıb.

Xəstəxanaya çatdırılan Asif Hüseynovun sağ ayağının pəncə hissəsindən amputasiya olunduğu deyilir.

Qeyd olunur ki, o həmçinin qəlpə yaraları da alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırmaların aparıldığı bildirilir.

“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb. Faktla bağlı araşdırma aparılır”, – Tərtər Rayon Prokurorluğundan bildirilib.

Son 3 il ərzində Azərbaycan tərəfdən ümumilikdə 350-yə yaxın adam mina partlayışının qurbanı olub.

Ana səhifəBölgəTərtərdə mina partlayışı: xəsarət alan var