close

Teymur Kərimovun saxlanıldığı təsdiqləndi

Teymur Kərimov, foto: şəxsi facebook səhifəsi

Ona qarşı ittiham irəli sürülüb

“Kanal 11” internet televiziyasının rəhbəri, dekabrın 11-də günorta saatlarından yoxa çıxan Teymur Kərimovun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) saxlandığı məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, Teymur Kərimov bir neçə nəfərin şikayəti əsasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumatı təsdiqləyib. Lakin “Kanal 11” internet televiziyasının dekabrın 11-də yaydığı bəyanatda bildirilir ki, Teymur Kərimov çəkdiyi video-reportajlara görə xeyli vaxt idi ki, hədələnirdi. Söhbət Qarabağ qazilərinin polis zorakılığına məruz qalması və buna etiraz etmələri haqda videodan gedir.

Ana səhifəSiyasətTeymur Kərimovun saxlanıldığı təsdiqləndi