close
>

Tülküyə işgəncə verməkdə ittiham olunan gənclərə xəbərdarlıq edilib

Foto: Meydan TV

DİN həmin şəxslərin saxlanıldığını deyir

Sosial şəbəkələrdə tülküyə işgəncə verilməsilə bağlı videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, görüntülərin yayılmasından dərhal sonra bu məsələ ilə bağlı araşdırmalar aparılıb. Sözügedən videonu çəkib yayanların kimliyi müəyyənləşdirilərək saxlanılıb. Bunlar Sabirabad rayon sakini, 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini, 18 yaşlı Kənan Dünyamalıyevdir.

“Onlar hadisəni etiraf ediblər, peşman olduqlarını bildiriblər. Deyiblər ki, həmin heyvan qarpız sahələrinə ciddi ziyan vururdu”, – Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Meydan TV-yə bildirib.

Adları çəkilən hər iki gəncin haqqında İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlara qarşı rəhmsiz rəftar edilməsi) maddəsilə protokol tərtib olunub:

“Onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib”.

Ana səhifəXəbərlərTülküyə işgəncə verməkdə ittiham olunan gənclərə xəbərdarlıq edilib