close

Türkiyə millisinin basketbolçusu zəlzələnin qurbanı olub

Foto: Ekranhaber

Nənəsigilə gedən Nilay Aydoğanın olduğu ev uçub

Türkiyədə baş verən zəlzələ daha bir idmançının ölümünə səbəb olub.

Türkiyənin 3×3 basketbol yığma komandasının üzvü Nilay Aydoğanın cəsədi dağıntıların altından çıxarılıb.

Məlumatı Türkiyə Basketbol Federasiyası yayıb.

Aydoğan son olaraq “Çankaya Universiteti” komandasında çıxış edib. O, Malatyaya nənəsini ziyarət etmək üçün gedib və zəlzələ nəticəsində onların olduğu ev dağılıb.

Ana səhifəXəbərlərTürkiyə millisinin basketbolçusu zəlzələnin qurbanı olub