close

Türkiyədə gözlənilən prezident seçkiləri: AKP seçki hazırlığına başlayıb

Mənbə: Reuters

Seçkinin mayın 14-də keçiriləcəyi bildirilir

Türkiyədə 2023-cü il prezident seçkilərinin vaxtının dəyişib-dəyişməməsi əsas müzakirə mövzularındadır.

Kahramanmaraş və Hatayda baş verən zəlzələlərdən sonra mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin təxirə salınması ilə bağlı açıqlamlar yayılmışdı.

“CNN Türk” yazır ki, Prezident Ərdoğanın son aylardakı açıqlamalarından sonra AK Partiyada seçki işləri sürətlənib.

Bu barədə kanala danışan “Hürriyet” qəzetinin Ankara təmsilçisi Hande Fırat seçki təqvimi ilə bağlı kulis məlumatlarını açıqlayıb.

O bildirib ki, seçki 99 faiz mayın 14-də keçiriləcək.

“Hürriyət” həmçinin Pezident Ərdoğanın sədrliyi ilə ötən həftə keçirilən və təxminən 7 saat davam edən görüşün təfərrüatlarından da yazıb.

Bildirir ki, AK Partiyada siyahı hazırlığına başlanılıb.

Konstitusiyaya görə, seçki elanı prezidentin iradəsi və ya parlamentin qərarı ilə verilə bilər.

Prezident seçki tarixini elan etdikdən sonra Türkiyə Böyük Millət Məclisinin təsdiqinə ehtiyac qalmır.

YSK sədrinin açıqladığı tarixdən etibarən seçki təqvimi prosesi başlayır və ən geci 60 gün ərzində seçkilər keçirilməlidir.

Türkiyədə hər 5 ildən bir keçirilən prezident seçkiləri sonuncu dəfə 2018-ci il iyunun 24-də olub.

Ana səhifəXəbərlərTürkiyədə gözlənilən prezident seçkiləri: AKP seçki hazırlığına başlayıb