close

Türkiyə və Suriyada zəlzələ: ölən və yaralananlar var (Yenilənir)

Kahramanmaraş. Foto: “Anadolu”

Suriyada ölənlərin sayının 560-a çatdığı bildirilir.

Hökumətin və müxaliflərin nəzarətində olan bölgələrdəki xilasedicilərin məlumatına görə, Suriya üzrə ölənlərin sayı ən azı 560 nəfərə çatıb.

Rəsmi xəbər agentliyi SANA-nın səhiyyə nazirliyinə istinadən verdiyi məlumata görə, müharibənin davam etdiyi ölkənin hökumətin nəzarətində olan ərazilərdə azı 339 nəfər ölüb, 1089 nəfər yaralanıb.

“Ağ Dəbilqəlilər” xilasetmə qrupu müxalifətin nəzarətində olan ərazilərdə ən azı 221 nəfərin öldüyünü, 419 nəfərin isə yaralandığını bildirib.

Suriya. Mənbə: “milliyet.com.tr”


Türkiyənin AFAP fövqəladə hallar orqanı və ABŞ Geoloji Xidməti Türkiyənin cənub-şərqində 7,5 bal gücündə yeni zəlzələ olduğunu bildirib.

Zəlzələ saat 13:24-də (1024 GMT) Ekinozu şəhərindən dörd kilometr (2,5 mil) cənub-cənub-şərqdə baş verib.

Mənbə: “aa”


Ermənistan Türkiyəyə və Suriyaya yardım etməyə hazırdır – Paşinyan

“Türkiyədə və Suriyada dağıdıcı zəlzələnin baş verməsi və nəticədə çox sayda adamın həlak olması bizi kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüzn içində başsağlığımızı bildirir, yaralılara tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik”. Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə “Twitter“də yazıb.

“Ermənistan yardım etməyə hazırdır”, – o qeyd edib.

Nikol Paşinyan. Foto: Meydan TV


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə ölənlərin sayı 912-yə çatıb.

Ölkədə 5383 nəfərin yaralandığını deyən Prezident əlavə edib ki,  itki sayının nə qədər artacağını təxmin edə bilmir.

O həmçinin bildirilib ki, xilas olunan insanların sayı 2470 nəfərdir.

Zəlzələdə dağılan binalar isə 2818-dir.

Rəcəb Tayyib Ərdoğan. Foto: Meydan TV


Türkiyədə 1700-dən çox bina uçub.
Prezident Administrasiyasının məlumatıdır. Bildirilir ki, yüzlərlə insan hələ də dağıntılar altında qalıb.       

“Türkiyənin Qaziantep və Kahramanmaraş vilayətlərində 900-ə yaxın bina dağılıb”, vitse-prezident Fuat Otkay bildirib.

O, dağılmış binaların ümumi sayını 1718-ə çatdığını söyləyib.

Mənbə: aa


Avropa Birliyi Türkiyəyə xilasedici qruplar göndərir                                                                                                                                                                           

Avropa Birliyi Türkiyəyə həm xilasetmə qrupları göndərir, həm də əlavə yardım hazırlayır. Blokun böhranla mübarizə üzrə komissarı bildirib.

“Hollandiya və Rumıniyadan olan komandalar artıq yoldadır” deyə, AB-nin Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi onların yerləşdirilməsinə nəzarət edir, komissar Janez Lenarcic “Twitter”də belə yazıb.

Onun ofisi bildirib ki, Türkiyə Aİ-dən yardım istəyib və buna cavab olaraq blokun Mülki Müdafiə Mexanizmi işə salınıb.

Avropa Birliyi
Foto: Avropa Birliyi


Türkiyənin vitse-prezidenti Fuad Oktay ümumilikdə 284 itki və 2323 yaralı olduğunu açıqlayıb.

F.Oqtay digər əyalətlərin vəziyyətini belə izah edib:

  • Maraşda 70 nəfər həyatını itirib, 200 nəfər yaralanıb;
  • Hatayda 4 ölüm, 7 yaralanma və 200 dağıntı olub;
  • Osmaniyedə 20 nəfər itkindir, 200 yaralı var və 83 bina dağılıb;
  • Adıyamanda 13 nəfər itkindir, 22 yaralı var və 100 bina dağılıb;
  • Diyarbakırda 14 nəfər həyatını itirib;
  • Urfada 18 nəfər itkindir, 200 yaralı var və 60 bina dağılıb;
  • Antepdə 80 nəfər ölüb, 581 bina dağılıb;
  • Kilisdə 8 nəfər ölüb, 50 bina dağılıb;
  • Adanada 10 nəfər ölüb, 118 yaralı var;
  • Malatyada 47 nəfər ölüb, 550 nəfər yaralanıb, 300 bina dağılıb.

Foto: “diken.com.tr”


Suriyada 200 nəfərin öldüyü bildirilir

Suriyanın şimalında 7,8 bal gücündə zəlzələ nəticəsində bir çox bina uçub.

Nəticədə 200 nəfərdən çox insan ölüb.

ABŞ Geoloji Xidməti zəlzələnin mərkəzinin böyük şəhər və əyalət mərkəzi olan Qaziantepdən təxminən 33 km (20 mil) aralıda olduğunu bildirib.

Təxmin edilir ki, zəlzələ 18 km (11 mil) dərinlikdə baş verib.

Təxminən 10 dəqiqə sonra 6,7 bal gücündə güclü təkan olub.

Zəlzələ Kipr və Livanda da hiss olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında zəlzələdən zərər çəkmiş bölgələrə dərhal axtarış-xilasetmə qruplarının göndərildiyini bildirib.

Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan bölgədəki vəziyyət “fəlakətli” adlandırılıb.

Burada bütün binaların dağıldığı, insanların dağıntılar altında qaldığı bildirilir.

Foto: “diken.com.tr”


440 yaralının olduğu bildirilir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşəcək. Qurumun yaydığı məlumata görə, artıq hazırlıq işlərinə başlanılıb.


Fevralın 6-da, saat 4 radələrində Türkiyədə zəlzələ baş verib. Avropa Seysmoloji Mərkəzinin məlumatına görə, Kahramanmaraş mərkəzli 7,4 bal gücündə zəlzələ Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniyedə dağıntılara səbəb olub. Son məlumata görə, zəlzələ nəticəsində 76 adam həyatını itirib, 440 nəfər isə yaralanıb. 

Türkiyə hökuməti yardım üçün beynəlxalq çağırış edib.

Ana səhifəDünyaTürkiyə və Suriyada zəlzələ: ölən və yaralananlar var (Yenilənir)