close

Türkiyədəki zəlzələdə 16 voleybolçu vəfat edib

Foto: Haberdar.com

Voleybol komandası Adıyamandakı oteldə məskunlaşıbmış

Türkiyədəki zəlzələdə dağıntılar altında qalan Şimali Kiprə məxsus qızlardan və oğlanlardan ibarət voleybol komandasının 16 üzvü vəfat edib.

Bu barədə Türkiyə Voleybol Federasiyasının (TVF) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, voleybol komandası Adıyamandakı otellərdən birində məskunlaşıbmış.

Fevralın 6-da baş vermiş zəlzələ nəticəsində, ən son məlumatlara görə,  20 min 213 nəfər ölüb, 80 min 52 nəfər isə xəsarət alıb.

Ana səhifəDünyaTürkiyədəki zəlzələdə 16 voleybolçu vəfat edib