close

Ukrayna-Rusiya müharibəsi: duz və gips mədənləri uğrunda

Ukrayna, Donetsk. Foto: Reuters

“Rusiya muzdluları Baxmut və Soledarı tutmağa çalışır”

Ukrayna tərəf Donbasın şərqindəki Baxmut ətrafında qüvvələrini gücləndirib.

Məqsəd həm də buradakı yeraltı mədənlərin ələ keçirilməsinin qarşısını almaqdır.

Ukrayna hökuməti bildirib ki, burada mədənləri ələ keçirməyə çalışan rus muzdlu “Vaqner” qrupunun hücumlarını bir neçə dəfə dəf ediblər.

Ukrayna rəsmiləri deyiblər ki, Kiyev vəziyyətin xüsusilə çətin olduğu Baxmut yaxınlığındakı kiçik qəsəbə olan Soledara əlavə qüvvələr göndərib.

“Düşmən yenə də müxtəlif istiqamətlərdən Soledar şəhərinə hücum etmək üçün cəhd göstərib. Rusiya həmin istiqamətdə “Vaqner”in ən peşəkar hissələrini döyüşə cəlb edib”, – Ukrayna ordusunun bəyanatında deyilir.

“Vaqner” muzdlu dəstəsinin yaradıcısı Yevgeni Priqojin aylardır ki, hər iki tərəfin çoxlu həyatı bahasına Baxmut və Soledarı tutmağa çalışır.

O, yanvarın 7-də ərazidəki mədənlər şəbəkəsinin əhəmiyyətindən danışıb.

Hərbi analitiklər deyirlər ki, Moskva üçün strateji hərbi fayda məhdud olacaq.

ABŞ rəsmisi bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin güclü müttəfiqi olan Priqojin mədənlərdəki duz və gipsə göz dikib.

Prezident Volodimir Zelenski isə yanvarın 8-də video çıxışlarında bildirib ki, Baxmut və Soledarda güclü dağıntılar var, lakin hər iki şəhər aylardır işğalçılara qarşı dirənir:

“Əsgərlərimiz Rusiyanın davamlı irəliləmək cəhdlərini dəf edirlər. Soledarda “işlər çox çətindir”.

Rusiyayönlü blogerlər Priqojinə istinadən onun qüvvələrinin Soledardakı administrasiya binası uğrunda döyüşdüyünü bildiriblər.

Ana səhifəXəbərlərUkrayna-Rusiya müharibəsi: duz və gips mədənləri uğrunda