close

Ukraynalı aktyorun müharibədə həlak olduğu bildirilir

Filipp Vinner. Foto: “Facebook”

32 yaşlı Filipp Vinner müharibəyə könüllü gedibmiş

Ukraynanın teatr və kino aktyoru Filipp Vinnerin (Dedovskiy) müharibədə həlak olduğu bildirilir.

Bu barədə aktyorun çalışdığı “Çesniy teatr”ın “Facebook” səhifəsində paylaşım edilib.

32 yaşlı aktyorun Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı ilk gündən döyüşlərdə iştirak etdiyi bildirilir.

Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Bundan sonra bir sıra ukraynalı sənətçilər könüllü döyüşlərə gediblər.

Döyüşlərdə rəssam, dekorator Vladimir Çerninin və Kirovoqrad şəhər Filarmoniyasının səs mühəndisi Andrey Volkovun həlak olduğu bildirilir.

Ana səhifəMədəniyyətUkraynalı aktyorun müharibədə həlak olduğu bildirilir