close

“Viza liberallaşdırılması, ticarət, təhlükəsizlik” – Gürcüstan demokratiyaya qayıdacağı halda ABŞ-dan nə alacaq?

Gürcüstan. Aksiya. Foto: David Pipia/JAMnews

Konqresmen Co Uilson qanun layihəsi hazırlayıb

“Jamnews”un materialı

Əgər Gürcüstan hakimiyyəti anti-demokratik kursundan əl çəkərsə, ABŞ Gürcüstana mühüm hərbi, ticarət paketini və viza rejiminin liberallaşdırılması ehtimalını nəzərdən keçirəcək. Bu barədə amerikalı konqresmen Co Uilsonun hazırladığı qanun layihəsində danışılır.

Uilsonun təklif etdiyi “Gürcüstanın hesabat vermə, sabitlik və müstəqillik üçün səfərbərlik və imkanlarının genişləndirilməsi haqqında qanun” (MEGOBARI Act) aşağıdakıları nəzərdə tutur:

  • Gürcüstan hökuməti getdikcə artan Qərb əleyhinə ritorikasından əl çəkərsə və insan haqlarının qorunması sahəsində geriləməni dayandırarsa, Vaşinqton iqtisadi dəstək və təhlükəsizlik dəstəyi paketinə qol çəkə bilər;
  • Ölkə əsas siyasi meyarlara cavab verərsə, ABŞ “güclü preferensial ticarət rejimi” açmaq üçün danışıqlara başlayacaq;
  • Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması mümkündür;

Məmurlara Gürcüstana hərbi yardım paketi işləyib-hazırlamaq tapşırılıb ki, bu paketə “Rusiya təcavüzündən ərazı müdafiəsi üçün ideal uyğun olan təhlükəsizlik texnikası və müdafiənin təqdim olunması, həmçinin müvafiq hazırlıq, xidmət və elementlərin dəstəyi ilə əməliyyatın keçirilməsi” daxildir.

ABŞ bu proqramı yalnız “Gürcüstan öz demokratiyasını dirçəltməkdə davamlı tərəqqi əldə edəcəyi təqdirdə, bunu, ən azından, ədalətli və azad seçkilər və tarazlaşdırılmış seçki mühiti ilə təsdiqlədiyi halda” gerçəkləşdirəcək.

“POLITICO” yazır ki, hökumət mayın 14-ü qəbul etdiyi “xarici agentlər haqqında” qanunu geri çəkəndən sonra bu, Gürcüstanı azad seçkilərin keçirilməsinə həvəsləndirə bilər. Gürcüstanda parlament seçkiləri 2024-cü ilin oktyabr ayına planlaşdırılıb.

“POLITICO” mayın 20-də xəbər verib ki, ABŞ Konqresinə təqdim olunacaq qanun layihəsi Gürcüstan hökumətinin Rusiya nümunəsi ilə “xarici agent” haqqında qanunu dəstəkləyən nümayəndələrinin aktivlərinin dondurulmasını və onların viza almasının qadağan edilməsini nəzərdə tutur.

ABŞ Dövlət Katibinin köməkçisi Ceyms  O’Brayn mayın 14-15-i Tbilisiyə gəlib. O’Brayn Gürcüstanın Baş naziri, müxalifət və vətəndaş cəmiyyəti ilə görüşdükdən sonra brifinq keçirib və bəyan edib ki, “xarici agentlər haqda” qanun Avropa İttifaqının standartları ilə uyğun deyil. O, həmçinin Gürcüstanın yüksək vəzifəli məmurlarına qarşı mümkün sanksiyalara eyham vurub.

Ana səhifəSiyasət“Viza liberallaşdırılması, ticarət, təhlükəsizlik” – Gürcüstan demokratiyaya qayıdacağı halda ABŞ-dan nə alacaq?