close

Xalq artistinə “Şərəf” ordeni verilib

Fərhad Bədəlbəyli. Foto: “Trend”

İlham Əliyev Fərhad Bədəlbəylini təltif edib

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, pianoçu Fərhad Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Xalq artistinə orden Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.

Dekabrın 27-də Fərhad Bədəlbəylinin 75 yaşı tamam olur.

Ana səhifəMədəniyyətXalq artistinə “Şərəf” ordeni verilib