close

Xankəndidəki partlayışda 20 nəfərin öldüyü açıqlanıb (yenilənib)

Foto: Telegram

Bakı Xankəndidəki partlayışda yaralananları xəstəxanalara gətirmək istəyir

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb ki, sentyabrın 25-dən etibarən Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar xeyli sayda Xankəndidən olan pasiyent qəbulu üçün boşaldılıb.

Onun sözlərinə görə, bu xəstəxanalar əlavə tibb işçiləri ilə də gücləndirilib.

Hikmət Hacıyev bildirib ki, bütün humanitar ehtiyaclara yerlərdə cavab vermək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və birbaşa Qarabağın erməni sakinləri ilə müntəzəm əlaqə saxlanılır:

Yanıqların müalicəsi üçün xüsusi hazırlanmış dərmanlar və digər tibbi ləvazimatlar göndərilib. Bundan əlavə, ərzaq yardımı da çatdırılıb. Yardımlar bu gün və yaxın günlərdə də davam etdiriləcək”.

“Həmçinin tibbi yardıma ehtiyacı olanlardan ötrü Ermənistandan Qarabağa tibbi heyətin olduğu helikopterin daxil olması təmin edilib. Bundan əlavə, biz hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması üçün BQXK-nın müstəsna giriş imkanının təmin edilməsi üzərində işləyirik”, – deyə Hacıyev əlavə edib. 

Hikmət Hacıyev. Foto: Meydan TV

Sentyabrın 25-də axşam Xankəndi yaxınlığında yanacaq anbarı partlayıb.

Xankəndinin yerli qurumları hələlik partlayışda heç kimi günahlandırmır.

Yəni partlayışın qəza və ya təxribat olması barədə konkret məlumat yoxdur.


290 zərərçəkənin tibb məntəqələrinə yerləşdirildiyi bildirilir

Xankəndidə yanacaq anbarında baş verən partlayış nəticəsində 20 nəfərin öldüyü təsdiqlənib.

Məlumatı “Artsax” (Qarabağdakı separatçı rejim) Səhiyyə Nazirliyi yayıb.

“7 nəfər xəstəxanada vəfat edib, 13 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilməyib”, – deyə qeyd olunub.

Bildirilir ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan 290 zərərçəkən tibb məntəqələrinə yerləşdirilib:

“Xeyli sayda insan itkin düşüb”.

Ana səhifəSiyasətXankəndidəki partlayışda 20 nəfərin öldüyü açıqlanıb (yenilənib)