close

Yaşayış binasında partlayış: Bir nəfər həyatını itirib (yenilənib)

Partlayışdan sonra yanğın baş verməyib

Bakıda yaşayış binasında baş verən partlayışın səbəbi məlum olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında görə, onsəkkizmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.
Nəticədə 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.
Hadisə nəticəsində ölən şəxsin kimliyi də məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, partlayışda həyatını itirən şəxsin adı Məhəmməd Babayevdir.
O, polis bölmələrinin birində sürücü işləyib.


Bakıda yaşayış binasında partlayış olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə Bakının Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Partlayışın hansı səbəbdən baş verməsi hələ açıqlanmayıb. Yalnız o bildirilib ki, partlayış nəticəsində yanğın çıxmayıb.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Daxili İşlər Nazirliyi hadisə nəticəsində bir nəfərin öldüyünü deyir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə “Report”a deyilib ki, hadisə yerinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.

Ana səhifəXəbərlərYaşayış binasında partlayış: Bir nəfər həyatını itirib (yenilənib)