close

Zaqatalada üç şagirdi maşın vurub, ikisi ölüb

Qəza, qətl. Foto: Gorodenkoff/shutterstock

Digər şagirdin xəstəxanaya yerləşdirildiyi açıqlanıb

Zaqatalanın Göyəm kəndi ərazisində ölümlə nəticələnən qəza hadisəsinin baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, fevralın 8-i saat 13 radələrində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə üç şagirdi vurub.

Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Onların sinif yoldaşları, 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 11 yaşlı məktəblilər eyni sinfin şagirdləridir.

Hadisə onlar məktəbdən çıxıb evə gedərkən baş verib.

Faktla bağlı Zaqatala Rayon Polis İdarəsində araşdırma başlayıb.

Ana səhifəSosialZaqatalada üç şagirdi maşın vurub, ikisi ölüb