close

Zelenski: “Rusiya 1 milyon 600 mindən çox ukraynalını deportasiya edib”

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

“Deportasiya olunanlar Rusiyanın ucqar ərazilərinə səpələniblər”

“Rusiya 1 milyon 600 mindən çox Ukrayna vətəndaşını işğal etdiyi Ukrayna ərazilərindən deportasiya edib”.

Bunu oktyabrın 6-da Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Dövlətləri Təşkilatına müraciəti zamanı deyib.

O vurğulayıb ki, deportasiya olunanlar Rusiyanın ucqar ərazilərinə səpələniblər:

“Onların bir çoxunun sənədləri əlindən alınıb, bir çoxu işğalçıların dəhşətli filtrasiya düşərgələrindən keçib, orada ələ salınıb, hədə-qorxu gəlinib”.

Sentyabrın 1-də Ukrayna Ali Radasının Humanitar və İnformasiya Siyasəti Komitəsinin sədr müavini Pavel Suşko bildirib ki, 24 fevralda müharibə başlayandan bəri ən azı 557 min ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya aparılıb.

Bu çıxışdan 10 gün sonra Reinteqrasiya Nazirliyi 31 uşağın Rusiyadan Ukraynaya qaytarıldığını elan edib.

Sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub:

“Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəDünyaZelenski: “Rusiya 1 milyon 600 mindən çox ukraynalını deportasiya edib”