ABŞ-da həyəcan təbili — Zika virusu tapıldı


ABŞ-ın Florida ştatında zika virusuna yoluxmuş insan qeydə alınıb.
“Ölkə.Az” xəbər verir ki, virusa yoluxan Pinellas dairəsinin sakinidir. O, Kubaya səfər etdikdən sonra partnyoru ilə cinsi əlaqədə olub və onu Zika virusuna yoluxdurub. Hər iki şəxsin test nəticələri müsbət çıxıb.

Bu barədə Florida səhiyyə departamenti məlumat yayıb. Məlumatda deyilir: “Bu gün Florida səhiyyə departamenti elan edir ki, 2017-ci ilin ilk Zika virusuna yoluxma halı Pinellas dairəsində qeydə alınıb. Virusun Floridada hansısa ağcaqanad sancmasından ötürüldüyünə dair heç bir fakt yoxdur”.

Hazırda ştatda 118 virus yoluxması qeydə alınıb. Onların böyük əksəriyyəti xarici səfərdən sonra üzə çıxıb.

Qeyd edək ki, Zika virusuna ən böyük yoluxma halı Braziliyada qeydə alınıb. Cari ilin 4 ayı ərzində 7911 nəfər bu virusa yoluxub.

Abbas Abbasov yenidən hakimiyyətə qarşı?

Sonrakı Yazı »

Dənizdən dənizə böyük Ermənistan xülyası — İrəvanın erməniləşdirilməsi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: