Əziz neftçi dostlar, bu qədər özgüvənsiz olmayın. Aydın deyilmi ki, onsuz da iflas etmiş, müflis olmuş sülalə hakimiyyətini məhz siz çökdürə bilərsiniz?
Öz gücünüzə inanın. Siz qanunsuz tapşırıqları yerinə yetirməyə borclu deyilsiniz. Ölkədən çıxarılmış 48 milyard dolları həmin oğrulara siz qazandırmadınızmı?
İndi bunların ağlını başından çıxarmış oğurluq neft milyardlarına görə sizə minnətdar olmalı deyillərmi? Ancaq nə minnətdarlıq, indi 20-30 min nəfər neftçini işdən çıxarmaqla bağlı planlar qururlar.
Sizlərə öz dərəcələrinizi (həm də maaşlarınızı) aşağı salmaq üçün təzyiqlə “könüllü” ərizələr yazdırırlar. Məgər siz ölkədə tətil, sərbəst toplaşmaq haqqında qanunlar olduğunu bilmirsiniz? Bəli, o qanunlar işlək deyil, ancaq biz işlətməliyik ki, qanunlar da işlək olsun.
Oxunub: 1668