Türkiyə ABŞ-ı İŞİD-ə qarşı mübarizə üzrə xüsusi nümayəndə Brett Makgerki işdən azad etməyə çağırıb.
Ankaranın fikrincə, keçmiş prezident Barak Obamanın təyin etdiyi Brett Makgerk PKK və YPG-yə dəstək verir.
“Brett Makgerk açıq şəkildə bu iki terror təşkilatına dəstək verir”, – deyə bu gün İstanbuldakı çıxışında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Qeyd edək ki, Ankara ilə Vaşinqton arasında uzun müddətdir YPG ilə bağlı mübahisə yaşanır. Türkiyə bu təşkilatların hər ikisini, ABŞ isə yalnız PKK-nı terror təşkilatı sayır.
Vaşinqtonun fikrincə, YPG İŞİD-ə qarşı mübarizədə onların ən effektiv tərəfdaşıdır.
Bugünlərdə Vaşinqtonda Donald Trampla görüşən Rəcəb Tayyib Ərdoğan isə bildirmişdi ki, Türkiyə ABŞ-ın kürdlərlə ittifaqını heç vaxt qəbul etməyəcək.
Gültəkin
Oxunub: 670