Nardaran məhbusu Abbas Hüseyn AXCP sədrinin müavini Gözəl Bayramlının şərlənərək həbs olunmasına etiraz edib. Etirazda bildirilir:
“Gözəl Bayramlının qanunsuz həbsi hakimiyyətin həyasızlığından başqa bir şey deyil. Bu qırmızı xətti keçməkdir. Hakimiyyət bu həbslə öz kimliyini bir daha sübut edir ki,”qadın ya kişi,kimsəyə hörmət qoyan deyiləm.”
Məlumdur ki,bu həbsin əsas səbəbi avtoritar rejimə qarşı mübarizədən və siyasi məhbusları müdafiə etməkdən irəli gəlir.Təbii ki,bu ölkədə şərlənib həbs olunanların müdafiəsinə qalxırsansa,özün də həbs olunursan.Bu qanunsuzluqlara xalqın nifrətini öz üzərinə çəkən rejim öz zülmləri ilə məhv olacaq.Artıq hər kəsin səbir kasası dolub.Hamı qığılcım intizarındadır.
Gözəl Bayramlının həbsi,ona sürülən ittiham absurdluqdan başqa bir şey deyil.Bütün ictimaiyyət nümayəndələrini,fəalları Gözəl Bayramlının müdafiəsinə çağırıram.Bu rejimin həbsxanaları mübariz xanımlarla doldurmasına izn verməyək”.
Abbas Hüseyn, Kürdəxanı təcridxanası
Oxunub: 222