Tәl-Әvivdә keçirilәn nümayişdә iştirak edәn etirazçılar “iki dövlәt, bir ümid” şüarları ilә qatılıb. Bәzi şüarlarda isә 50 illik İsrail işğalına diqqәt çәkәn “Bәsdir”, “Elә bu dәqiqә barışın” tәlәblәri yer alıb.
Haaretz qәzeti 15 min nәfәrin iştirak etdiyi nümayişi solçu hәrәkat Qәrbi Şeriya vә Qüdsün şәrqindәki İsrail işğalını tәnqid edәn “indi barışın” adı altında tәşkil etdiyini bildirib. Tәşkilatın lideri Avi Buslika nümayişin “işğal, şiddәt vә irqçiliyi dәstәklәyәn bir hökumәtin gәtirdiyi ümidsizliyә qarşı” tәşkil edildiyini qeyd edib. Avi Buslika artıq israillilәrә, fәlәstinlilәrә vә bütün dünyaya İsrail xalqının önәmli bir hissәsinin İsrail işğalına qarşı olduğunu vә iki dövlәtli bir qәrara tәrәf olduğunu göstәrmәsinin vaxtı gәldiyini bildirib.
Nümayişdә Fәlәstin lideri Mahmud Abbasın mesajı oxunub. Mesajında “mehriban, tәhlükәsiz vә istiqrar içindә yaşamağın vaxtı gәldi” deyәn Mahmud Abbas İsraili Fәlәstini dövlәt kimi tanımağa vә işğalı sona çatdırmağa çağırıb.
Nümayişә dәstәk verәn müxalif İşçi partiyasının lideri İzak Herzoq da iki dövlәtli bir qәrar dәstәyini ifadә edib. Herzoq çıxışında baş nazir Bentamin Netanyahunu qorxu yaymaqda vә barış fürsәtlәrini әldәn vermәkdә ittiham edib.
azadliq.info
Oxunub: 642