ABŞ-ın məşhur “Forbes” jurnalı “Dünyanın ən bahalı 100 şirkəti” araşdırmasının nəticələrini açıqlayıb. Məlumata görə, ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib.
2017-ci ildə dəyərini ən çox artıran şirkətlər “Amazon”, “Facebook” və “Starbucks”, ən çox itirən isə “IBM”, “HSBC” və “Caterpillar” olub.
Reytinqdə ilk sırada 170 mlrd. dollar dəyərində olan ABŞ-ın “Apple” şirkəti dayanır. İkinci sırada “Google” (101,8 mlrd. dollar), üçüncü sırada isə “Microsoft” (87 mlrd. dollar) yer alıb. Dördüncü sırada olan “Facebook”un qiyməti 73,5 mlrd. dollar, 5-ci olan “Coca-Cola”nın dəyəri 56,4 mlrd. dollardır.
8-ci yerdə 41,1 mlrd. dollarla Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb. Cənubi Koreyanın “Samsung” şirkəti 38,2 mlrd. dollarla 10-cudur.
Oxunub: 296