“Bildiyimə görə, Gürcüstan hüquq-mühafizə orqanları Əfqan Muxtarlının dindirilməsi üçün artıq Azərbaycan tərəfinə müraciət edib”, – Gürcüstan parlamentinin avrointeqrasiya üzrə komitəsinin sədri Tamar Xulordava bildirib.
Onun sözlərinə görə, bu dindirmə bir çox suallara aydınlıq gətirəcək.
“…Bildiyimə görə, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur. İşi araşdıran Gürcüstan hüquq-mühafizə orqanları Azərbaycanın müvafiq qurumuna müraciət edib ki, bizim istintaq orqanımız Əfqan Muxtarlını dindirə bilsin. Fikirləşirəm ki, bu, yaxşı və düzgün addımdır, çünki dindirmə bir çox suallara aydınlıq gətirəcək”, – Tamara Xulordava deyib.
İlkin
Oxunub: 518