Canlı yayımda jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin nəvələrindən də danışıb.
Putin bildirib ki, bu yaxınlarda ikinci nəvəsi dünyaya gəlib.
“Uşaqlarım Rusiyada – Moskvada yaşayır. Nəvələrim də var… Qızlarım elmlə, təhsillə məşğul olur. Heç nəyə qarışmırlar. Normal, sıravi həyatlarını yaşayırlar.
Nəvələrimə gəlincə, biri bağçaya gedir. Başa düşürsüz, məsələ nədir?! Mən istəmirəm ki, onlar qan prinsipinə görə böyüsünlər. İstəyirəm ki, normal insan kimi böyüsünlər. Onların uşaq kollektivində sıravi ünsiyyətə ehtiyacları var. İndi ad və yaş açıqlasam, onları rahat buraxmayacaqlar. Bu da onların inkişafına zərbə vuracaq”, – deyən Putin ölkə vətəndaşlarını bu məsələdə onu anlamağa çağırıb.
Gültəkin
Oxunub: 316