“14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovun ağrıları artıb. Əməliyyat olunmaq istəyir”.
Bu gün, iyunun 15-də cəzaçəkmə müəssisəsində bloqqerlə görüşən vəkili Elçin Sadıqov AzadlıqRadiosu-na açıqlamasında belə deyib.
“Artıq, ona şəxsiyyət vəsiqəsi də veriblər. Ümumi durumu normaldır. Əhvalı yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur. Ancaq son günlərdə ağrılarının artdığını deyir. Bunun üçün onun əməliyyat olunmasına ehtiyac var”, – deyən vəkil bloqqerin əməliyyat edilməsindən ötrü yenidən əlaqəli qurumlara müraciət edəcəyini bildirib.
E.Sadıqov Avropa Şurasi Parlament Assambleyasının Azərbaycan səfər etmiş həmməruzəçilərin 14 saylı Cəzaçəkmə Müəssisəsində olduğunu da bildirib. Onun sözlərinə görə, həmməruzəçilər M.Hüseynovla da görüşüblər. Bloqqer onlara qanunsuz həbs olunmasından, problemlərindən danışıb.
Vena ağrılardan əziyyət çəkən M.Hüseynov əməliyyat edilməsindən ötrü daha əvvəl də müraciət etmişdi. Ancaq Ədliyyə Nazirliyinin tibb idarəsi əməliyyat edilməsinə zərurət olmadığını bildirmişdi.
Bloqqerin bir neçə il idi şəxsiyyət vəsiqəsi yox idi. Rəsmi qurumlar sənədini alıb, ona qaytarmırdılar. Mehman Hüseynov cəzaçəkmə müəssisəsində şəxsiyyət vəsiqəsi alıb.
Oxunub: 404