Sәudiyyә Әrәbistanın rәhbәrlik etdiyi әrәb ölkәlәrinin Qәtәrә tәtbiq etdiyi sanksiyalar davam etdiyi bir vaxtda Misir prezidenti Әbdülfәttah Sisi skandal bir çağırış edib. Yaxın Şәrq jurnalının Nyu Әrәbә istinadәn verdiyi xәbәrdә Sisinin körfәz ölkәlәrinә Türkiyә Qәtәrdәn dәstәyini çәkmәdiyi müddәtcә Türkiyәyә dә sanksiya tәtbiq etmәyi tәklif etdiyi bildirilib. Sisi bu çağırışı Bәhreyn kralı Hamad bin İsa әl-Xәlifә ilә Qahirәdәki görüş zamanı edib. Hәlәlik körfәz ölkәlәrindәn bu çağırışa bir cavab gәlmәyib.
Xәbәrdә Misirin bu çağırışı etmәsinә sәbәb kimi Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın Sisini tәnqid etdiyi göstәrilib. Әrdoğan Misirin eks prezident Mursini dәstәklәyirdi. Sisi isә hәrbi çevrilişlә hakimiyyәti әlә keçirmişdi. Sisi Türkiyәni dә Qәtәri ittiham etdiklәri kimi terror tәşkilatlarına kömәk etmәkdә ittiham edib vә Türkiyәni Müsәlman Qardaşlarına yardım etmәkdә günahlandırıb.
azadliq.info
Oxunub: 254