Azərbaycandan fərqli olaraq Gürcüstanda cinayət qanunu daima humanistləşdirilir.
Gürcüstan parlamentinin deputatları ilk oxunuşdan marixuana və çətənənin məhdud həcmincə istifadəsi və saxlanılmasına görə həbs cəzasını ləğv edən qanun layihəsini qəbul ediblər.
Deputatlar həmçinin narkotik maddələrin əkilməsinə görə həbc cəzasını da istəyir.
Ötən ilin dekabr ayında Gürcüstanda yüngül narkotikin istifadəsi leqallaşdırılıb.
Qanun layihəsinə əsasən, narkotik maddə tərkibli bitkilərin əkilməsinə görə həbs cəzası Cinayət Məcəlləsində cərimə yaxud ictimai işlərlə əvəz ediləcək.
Həmçinin narkotik istifadəsi, alınması, saxlanılması və ötürülməsinə görə də həbs cəzası ləğv ediləcək.
70 qram qurudulmuş marixuana yaxud 140 qram çətənə görə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmayacaq.
Fizzə
Oxunub: 244