Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və bir sıra tərəfdaş tədqiqat mərkəzləri tərəfindən tərtib olunan Qlobal İnnovasiya indeksi (Global Innovation Index-2017) sıralamasında bu ilin nəticələrinə görə Azərbaycan 82-ci yeri tutub.
127 ölkənin yer aldığı reytinq sıralamasında Türkiyə – 43-cü, Rusiya 45-ci, Ukrayna – 50-ci, Ermənistan 59-cu, Gürcüstan 68-ci, Azərbaycan 82-ci Belarus 88-ci yerdədir.
Siyahıda reytinq liderləri bir il əvvəl olduğu kimi, yenə İsveç və İsveçrədir. Onlardan sonrakı yerdə Hollandiya gəlir. Ümumilikdə, on ən yenilikçi ölkə sırasına ABŞ, Böyük Britaniya, Danimarka, Sinqapur, Finlandiya, Almaniya və İrlandiya daxil edilib.
Global İnnovasiya İndeksi 2007-ci ildən bəri hər il ölkələrin innovasiya səviyyəsini qiymətləndirən bir layihədir. Bu, Cornell Universiteti (ABŞ), INSEAD biznes məktəbi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə layihəsidir.
Oxunub: 422