Almaniyada dünən vəfat edən keçmiş kansler Helmut Kolun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müzakirələr başlayıb.
Xristian-Demokrat İttifaqının Berlindəki lideri Monikaa Qrütters bildirib ki, Helmut Kolun adına fond yaradılmalıdır.
Almaniyada Konrad Adenauer, Villi Brandt, Helmur Şmidt və digər siyasətçilərin adına fondlar fəaliyyət göstərir.
Qrüttersin sözlərinə görə, Kolun adına fondun yaradılması küçə və meydanlardan birinə onun adının verilməsini istisna etmir.
Fizzə
Oxunub: 168