Səudiyyə Ərəbistanı XariCi İşlər Nazirliyi Qətərə qarşı iradların yer aldığı siyahı hazırlayır.
“Reuters”in xəbərinə görə, krallığın XİN rəhbəri Adel İbn Əhməd əl-Cübeyr bildirib ki, siyahı tezliklə Qətərə göndəriləcək.
Məktubda o da bildirilir ki, Qətər tələblərə əməl edərək təkcə Körfəz ölkələrinə deyil, bütün dünyaya təhdid yaradan ekstremizm və terrorizmə dəstəyini dayandırmalıdır.
Əhməd al-Cübeyr əlavə edib ki, siyahıdakı bəndləri irad kimi yox, şikayət kimi də qəbul etmək olar.
Siyahı üzərində Səudiyyə, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi və Misir işləyir.
Gültəkin
Oxunub: 276