Axi bu qiymət siyasəti ilə ölkəni haraya aparırsınız? Bəs əhalinin pisləşməkdə olan sosial vəziyyətini kim düşünməlidir?
Bu ilin yanvar-may dövründə ölkəmizdə ərzaq mallarının qiymətləri 18%-dən çox bahalaşıb (rəsmi açıqlamaya görə bu belədir). Halbuki torpaqlarımızı hələ də əsarətdə tutan Ermənistanda ərzaq malları 4%-ə yaxın artıb. Bu il işğalçı ölkədə hətta qeyri-ərzaq mallarının və xidmətlərin qiymətləri müvafiq olaraq 3,1% və 2,3% ucuzlaşıb. Lakin bizdə qeyri-ərzağın və xidmətlərin qiymətləri uyğun olaraq 12,5% və 9,1% yüksəlib.
Qiymətlərin ümumi səviyyəsi bizdə 14%-ə yaxın bahalaşdığı halda, Ermənistanda vur-tut 0,4% qiymət artımı qeydə alınıb (ötən ilin eyni dövrü ilə müqayisədə).
Cari ilin yanvar-may aylarında hətta Rusiyada, Belarusda, Gürcüstanda bizdəki səviyyədə bahalaşna yaşanmayıb.
Hazırkı qiymətlər əmək haqqı, yardım, müavinət, təqaüd artımlarını üstələdiyinə görə əhalinin müflisləşməsinə səbəb olur. Odur ki, bu qiymət siyasətindən əhalinin xeyrinə təcili şəkildə imtina olunmalıdır. Qiymətlərin hazırkı səviyyəsini aşağı salmaq üçün kifayət qədər imkanlar vardır. O imkanları hərəkətə gətirmək lazımdır. Düşmən ölkə ilə üz-üzə durduğumuzu unutmamalıyıq. Əhali müflis durumda olmamalıdır. Maddi-maliyyə cəhətdən imkanlı vəziyyətdə olmalıdır ki, qürurunu qoruya, özünü tuta bilsin.
(Qeyd: bu yazıda yalnız rəsmi məlumatlara istinad olunub).
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 252