Xalqın boğazından kəsib 100 milyonlarla manatı hər il xərcləyirsiniz bu maşın ötüşdürən gənclərin yarışına. Razılaşmırıq, ancaq başa düşürük.
Korrupsiya gəlirləri öz yerində, şöhrətpərəstliyiniz də təmin olunur. Yayın qızmar istisində yolları bağlayırsız, camaat evinə belə maşınla gedə bilmir. 100 minlərlə insana ilbəil əsəb gərginliyi yaşadırsınız. Razı deyilik, ancaq başa düşürük ki, insanların nə düşünməsi, xüsusilə də rahatlığı sizi ən az maraqlandıran məsələdir.
Bulvarı, dənizi niyə bağlayırsınız bu xalqın üzünə? Azərbaycanlılar bulvarı pis göstərir? Xalqımızı yaraşdırmırsınız “yüksək” qonaqlarınıza? Xalqımıza bu münasibəti qəbul etmirik, etiraz edirik!
Oxunub: 1102