Hindistan ABŞ-dan ümumi dəyəri 2 milyard dollar olan 22 ədəd pilotsuz təyyarə alır.
“Reuters”in özəl mənbələrə istinadən xəbərinə görə, bu, “Predator” tipli pilotsuz təyyarələrin hərbi-dəniz variantıdır.
Bu təyyarələr silahlı olmur və ancaq kəşfiyyat məqsədilə istifadə edilir.
Məlumata görə, Pentaqon yeni sazişlə bağlı Hindistan baş naziri Narendra Modinin gələn həftə ABŞ-a səfəri zamanı rəsmi açıqlama verəcək.
Modi səfər zamanı prezident Donald Trampla da görüşəcək.
Gültəkin
Oxunub: 638