Almaniyada qəbul olunan yeni qanun xüsusi xidmət orqanlarına messencerlərdəki yazışmaları izləmək icazəsi verir.
Bundestaqın bu qərarı Skype və WhatsApp kimi populyar messencerlərə də şamil olunur.
DW xəbər verir ki, qanun almaniyalı istintaqçılara cinayət işlərində casusluq proqramlarından istifadə etmək imkanı da yaradır.Bu halda informasiya hələ onu göndərənin kompüterindəykən ələ keçirilə bilir.
“Adətən cinayətkarlar kommunikasiyanın şifrəli kanallarından istifadə edirlər. Ağır cinayətləri açmaq getdikcə çətinləşir”, – deyə Almaniya daxili işlər naziri Tomas de Mezer məlum qanunun qəbulunun zəruriliyini şərh edərkən bildirib.
Müxalifətdən olan deputatlar isə qanun layihəsini tənqid edərək onun fundamental haqları pozduğunu bəyan ediblər.
Gültəkin
Oxunub: 246