2016-cı ilin sonuna “Azərisriliktəchizat” ASC-nin ödənilməmiş zərəri 117 mln. 283,066 min manata çatıb. Qeyd edək ki, ötən il bu rəqəm 96 mln. 466,926 min manat olub.
Şirkətin aktivləri 31 dekabr 2016-cı il tarixinə 191 mln. 137,963 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 0,3% azalıb.
Ötən il ərzində ASC-nin öhdəlikləri 20% artaraq 87 mln. 806,181 min manat təşkil edib. Dövlət şirkətinin qısamüddətli kreditor borcları 86 mln. 430,086 min manat olub ki, bu da illik müqayisədə 20,98% artım deməkdir. (APA)
Oxunub: 86