ABŞ prezidenti Rusiyaya qarşı çox sərt sanksiyalar nəzərdə tutan qanunu imzalayandan sonra Rusiyanın baş naziri Dmitri Medvedev bu məsələyə münasibət bildirib.
Medvedev feysbuk səhifəsində yazıb: “Tramp sanksiyalar qanununu imzaladı və bəlli oldu ki, ABŞ Rusiya münasbətlərinin bundan sonra yaxşılaşa biləcəyindən danışmağa dəyməz”.
Medvedev onu da qeyd edib ki, yeni sanksiyalar qanunu ilə ABŞ Rusiyaya qarşı genişmiqyaslı ticarət müharibəsi elan etdi.
Oxunub: 958