AXCP sədri Əli Kərimli Ruslan Qarayevin həbsinə münasibət bildirib:
“AXCP Sumqayıt Gənclər Təşkilatının sədri Ruslan Qaranı həbs ediblər. Həm də oğrular kimi. Ruslan bəyi oğurlayıblar və sonra da məlum olub ki, sifarişlı məhkəmə ona 20 sutka həbs cəzası verib.
Ruslan bəy savadlı, geniş dünyagörüşlü, mübarizəsində ardıcıl və cəsarətli bir gəncdir. Elə bu keyfiyyətlərinə görə də hakimiyyətin hədəfindədir. Dəfələrlə həbs olunub. Sonuncu dəfə onu polislər balaca Zəhranın plakatına görə saxlamışdılar.
Hazırlaşırdım hakimiyyətə müraciət edim ki, daha həbsləri dayandırın. Ötən ilin sentyabr mitinqlərindən sonra inzibati qaydada həbs etdiyiniz cəbhəçilərin sayı 40-a, işdən çıxardıqlarınızın sayı isə 20-yə çatıb. Burda dayanın, bu rəqəmlərin harmoniyasını pozmayın. Ancaq hardandır bunlarda o qabiliyyət? Ruslan bəyi həbs etdilər və o, həbs edilən 41-ci cəbhəçi oldu. 20 gün gəlib keçər və Ruslan bəy hakimiyyətə növbəti dəfə başa salar ki, bu təzyiqlər Azərbaycan gəncliyini durdura bilməz”.
***
Cəbhəçi gəncə 20 sutka həbs cəzası verildi. Bugün AXCP Gənclər Komitəsinin Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayev naməlum şəxslər tərəfindən saxlanılıb və bir neçə saatdan sonra barəsində 20 sutka həbs cəzası çıxarıldığı bildirilib.
Xatırladaq ki, Ruslan Qarayev səhər saatlarında evinin ətrafında polis əməkdaşlarının olduğu haqqında məlumat vermişdi və bu xəbərdən sonra yoxa çıxmışdı. Onu da qeyd edək ki, Ruslan Qarayev əvvəllər də inzibati qaydada həbs edilmiş, dəfələrlə Sumqayıt polis idarəsinə aparılaraq, hədələnmişdi.
***
AXCP Sumqayıt şәhәr şöbәsi gәnclәr komitәsinin sәdri Ruslan Qarayevdәn 3 saatdır ki, xәbәr yoxdur. Telefonuna da zәng çatmır.
Saat 12:02-dә özü bildirib ki, binamızın önünü әmәliyyatçılar mühasirәyә alıb. Saat 12:07-dәn etibarәn isә Ruslan Qarayevlә әlaqә kәsilib. Bu barәdә mәlumatı AXCP Sumqayıt şәhәr şöbәsundәn ali mәclis üzvü Cabbar Savalanlı feysbuk profilindә yazıb.
azadliq.info
Oxunub: 826