“Vətənim Azərbaycandan heç vaxt incikliyim olmayıb. Ümumiyyətlə, nəyə görə olmalıdır? Mənim xeyirimi istəməyən bəzi şəxslər vardı və yalnız bu səbəbdən ölkəni tərk etdim. Onlar mənə hazırlıq keçmək üçün şərait yaratmırdılar və Azərbaycanı beynəlxalq arenda layiqincə təmsil etməyimdə maraqlı deyildilər”.
TASS-a müsahibəsində Türkiyəni təmsil edən və 200 metr qaçış üzrə dünya çempionu olan Ramil Quliyev Azərbaycanı tərk etməsinin səbəblərinə aydınlıq gətirərkən belə deyib.
27 yaşlı atlet bildirib ki, Türkiyədən əvvəl karyerasını Rusiyada davam etdirmək imkanı olub: “Azərbaycanlılarla türklər qardaş xalqlardır. Daha doğrusu, eyni xalqıq. Ona görə də Türkiyədə özümü rahat hiss edirəm. Dillərimiz oxşar olduğu üçün iki aydan sonra rahat türkcə danışa bilirdim. Türkiyədən əvvəl Rusiyadan təklif almışdım. Lakin proses yubandı. Türkiyə ilə bir neçə həftənin içində razılaşdıq. Rusiyada isə iki ay fikirləşdilər, amma təşəbbüs göstərmədilər”.
R.Quliyev növbəti hədəfinin 200 metr məsafəni 19,70 saniyəyə qaçaraq, Avropa rekordunu müəyyənləşdirmək olduğunu söyləyib: “İdmançıların imkanları sərhədsizdir. 200 metr məsafəni 18 saniyəyə qaçmağın mümkünlüyünə inanıram. Lakin bunun üçün fərqli məşq yanaşması lazımdır. İnsanlar buna tədricən nail olacaqlar”.
Oxunub: 1108