Rusiyanın enerji şirkəti “Qazprom”dan verilən məlumata görə, bu ilin ikinci rübündə şirkət gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5% artaraq 1 trilyon 400 milyard rubla yüksəlib.
Həmin dövrdə şirkətin xalis mənfəəti isə 80% azalaraq 48 milyard rubla (təxminən 817 milyon dollar) düşüb.
Açıqlamada, valyuta məzənnələrindəki dəyişiklik səbəbindən şirkətin bu ilin ikinci rübündə 140 milyard rubl ziyana uğradığı bildirilib, şirkətin xalis borcunun isə bu ilin ilk yarısında ötən illə müqayisədə 19% artımla 2,9 trilyon rubla yüksəldiyi qeyd edilib.
“Qazprom”, builki qaz hasilatını ötən illə müqayisədə 2,7% artıraraq 430,4 milyard kubmetrə çıxarmağı hədəfləyir.
Oxunub: 78