Hərbi hissədə partlayış: “Yanğın o qədər güclüdür ki, hadisə yerinə yaxınlaşa bilmirik…”
Bu gün yanğın baş verən ərazidə hələ də partlayışlar müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda belə deyilir.
***
***
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramovanın məlumatına görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Hazırda onlar Siyəzən Diaqnostika Mərkəzinə aparılır. Yaralıların arasında vəziyyəti ağır olan yoxdur.
Lakin Bayramova yaralananların hərbçi və ya mülkü şəxs olmasına aydınlıq gətirməyib.
***
Məlumata görə, silah anbarında partlayış nəticəsində uçuşan mərmilər ətrafa yayılıb.
Mərmilərin düşməsi nəticəsində Güləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün tədbirlər görür.
Mərmilərin düşməsi nəticəsində Xızı və Siyəzən rayonlarının bəzi boş ərazilərində də bir neçə yerdə yanğın olub.
***
Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.
***
Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.
Bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.
Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.
Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.
Hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.

***
Bakı-Quba yolunun 65-70-ci kilometrliyini tüstü bürüyüb, yol bağlanıb. Bu hadqa “azadliq.info”ya daxil olan məlumatda deyilir ki, Xızı rayon sakinləri yarım saatdır güclü partlayış səsləri eşidirlər. Partlayış səsi, hətta Sumqayıtda, Xırdalanda da eşidilib.
Bundan sonra ətrafa tüstü yayılıb. Həmin ərazidə silah anbarının partladığı, ətrafa mərmilərin səpələndiyi bildirilir. Məlumatda qorxudan sakinlərin evlərini tərk etdiyi də bildirilir.
Partlayışın səsləri Bakı Sumqayıt yolundada eşidilir
Publicerat av Teymur Hesenov den 27 augusti 2017
azadliq.info
Oxunub: 2784






































