Azərbaycan hakimiyyətinin söz azadlığına qarşı repressiyaları davam edir. Oxuculara obyektiv informasiya çatdırmağa çalışan, respublikanın müxtəlif bölgələrində bu məqsədlə fəaliyyət göstərən mətbuat nümayəndəlirinin saxta ittihamlarla həbsi adi hal alıb.
Növbəti belə hadisə “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli ilə bağlıdır. Yerli hakimiyyət orqanları onun jurnalist fəaliyyətinin qarşısını almaq üçün ənənəvi üsula əl ataraq saxta ittihamlar yolu ilə həbs etdiriblər.
Biləsuvar məhkəməsi onu xuliqanlıqda ittiham edərək 3 il müddətinə azadlıqan məhrum etmə qərarı verib.
Oxunub: 796