Vaxtı keçmiş kreditlərin məbləği yenə artıb. Mərkəzi Bankın son hesabatına görə, avqustun 1-nə problemli kreditlərin məbləği 1 milyard 812,8 milyon manat olub. Bu, ay ərzində 2,1 milyon manat çoxalma deməkdir. İyulun 1-nə məbləğ 1 milyard 810,7 milyon manat idi.
Vaxtı keçmiş kreditlərin 888,9 milyon manatı xarici valyutada olan kreditlərdir.
2017-ci ilin əvvəlində problemli kreditlərin həcmi 1 milyard 472,6 milyon manat göstərilib. Fevrala məbləğ 1 milyard 633,1 milyon manata qalxıb, marta 1 milyard 556,4 milyon manata düşüb.
Aprelin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 590,3 milyon manata, mayın 1-nə 1 milyard 594 milyon manata, iyunun 1-nə 1 milyard 739,8 milyon manata yüksəlib.
Yanvar-iyul aylarında problemli kreditlər 340,2 milyon manat çoxalıb.
Novator.az
Oxunub: 104