Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 13,270 mln. ton həcmində xam neft ixrac edilib.
Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə xam neftin dəyəri 5,085 mlrd. dollar təşkil edib.
Bu ilin ilk 8 ayında ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 39%, dəyəri isə 22% az olub.
Xam neft Azərbaycanın ümumi ixracının 70,41%-ni təşkil edib.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 5,182 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.
Bu miqdarda təbii qazın dəyəri 926,776 mln. dollar təşkil edib.
Hesabat dövründə ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,53%, dəyəri isə 22,31% artıq olub.
Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 12,83%-ni təşkil edib.
Oxunub: 158