“Azərenerji” ASC-nin tabeliyində olan müəssisə və təşkilatlarda kütləvi ixtisarlar başlayıb. Bu barədə “Report”a adıçəkilən qurumda çalışan şəxslər məlumat verib.
Məlumata görə, müxtəlif müəssisələrdə ixtisarların səbəbləri fərqli izah edilir. Belə ki, Bakıda yerləşən “Şimal” elektrik stansiyasında çalışan işçilərə ixtisarların bir müddət əvvəl həmin stansiyaya baş çəkmiş energetika naziri Pərviz Şahbazovun göstərişi ilə reallaşdırıldığı deyilib.
Paytaxtın Nobel prospektində yerləşən Bakı İstilik Elektrik Mərkəzində isə işdən azad edilən əməkdaşlara bu qərarın “Azərenerji”nin sədri Etibar Pirverdiyev tərəfindən verildiyi deyilib.
Oxunub: 442