Türkiyә prezidentinin sözcüsü İbrahim Qalın ehtimal olunan Afrin әmәliyyatına dair suallara cavab verib. İbrahim Qalın bildirib ki, Türkiyә beynәlxalq tәhlükәsizliyә tәhlükә yaradan tәhlükәlәrә qarşı hәr cürә tәdbirini alıb. Fәrq etmir, bu Afrin olar, Menbiç olar, Terablus olar, İraq olar. Bu tәhlükә istәr PKK-dan gәlәr, istәr PYD, YPG-dәn, istәrsә dә İŞİD-dәn gәlәr. Türkiyә hәr zaman olduğu kimi bu dәfә dә bütün mümkün tәhlükәlәrә qarşı tәdbirini almağa davam edәcәk. Türkiyә öz tәhlükәsizliyi üçün heç kimdәn icazә almadan nәyi harada, necә vә nә zaman etmәk lazımdırsa edәcәk. İbrahim Qalın açıqlamasında xüsusi vurğulayıb ki, Türkiyәnin öz tәhlükәsizliyi üçün atacağı addım qәtiyyәn Suriya kürdlәrinә qarşı bir addım deyil.
İbrahim Qalın Suriya xarici işlәr nazirinin kömәkçisi Mikdadın; ”
Türkiyә döyüş tәyyarәlәri hәr hansı bir hücum hәyata keçirәrsә, Suriya Hava Müdafiә Qüvvәlәri Türkiyәnin döyüş tәyyarәlәrini yox etmәyә hazırdır” açıqlamasına da cavab verib. İbrahim Qalın bildirib ki; ” bu әmәliyyatlar terror tәşkilatlarına qarşı Türkiyәnin tәhlükәsizliyi üçündür. Bizim Suriyanın әrazi bütövlüyünü hәdәf almaq kimi bir mәqsәdimiz yoxdur.”
azadliq.info
Oxunub: 244