AXCP sədri Əli Kərimli Azərbaycan xalqının tarixinə Sovet imperiyası ilə müstəqillik mübarizisində böyük hadisə kimi düşmüş “20 Yanvar” gününü hamılıqla yad etməyə səslədi:
Məhz 20 Yanvardan sonra azərbaycanlıların mütləq əksəriyyəti “Sovet imperiyasında bizim gələcəyimiz yoxdur” qənaətinə gəldi. Bu baxımdan 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin ən mühüm mərhələsidir. Allah şəhidlərimizə rəhmət eləsin. 20 Yanvar faciədən daha çox xalqımızın müstəqillik ruhunun təntənəsidir. 20 yanvardan sonra, işğal şəraitində Azadlıq meydanında tariximizin ən böyük mitinqi keçirildi. Həmin gün imperiya başçıları anladı ki, qalib Bakını işğal etmiş nəhəng Sovet ordusu yox, bu nəhəng hərbi gücə yalın əllə meydan oxuyan Azərbaycan xalqıdır. Belə də oldu – 21 ay sonra Azərbaycan müstəqilliyinə qovuşdu. Milli Şura və AXCP olaraq 20 yanvar saat 12:00-da keçmiş Əzizbəyov dairəsindən Şəhidlər Xiyabanına yürüş edib, şəhidlərimizi anacağıq. Siz də gəlin!
Oxunub: 324